AŞPA-nın TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
29 avqust 2014 | 04:08   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, deputatlar Elxan Süleymanov və Sabir Hacıyev AŞPA-nın toplantılarında iştirak etmək üçün avqustun 31-dən Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar.
AŞPA-nın Büro iclasında Türkiyə və Makedoniyada prezident seçkilərinin nəticələri, habelə bir sıra təşkilati məsələlər müzakirə olunacaq.
Monitorinq komitəsində həmməruzəçilərin bu ilin may ayında Bakıya səfərlərinin yekunları, Monteneqronun Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Ukraynadakı son hadisələr, Türkiyə, Monako və Makedoniya ilə monitorinq sonrası dialoq barədə məsələlərə baxılacaq.
Siyasi işlər və demokratiya komitəsinın yığıncağında Avropa Yenidənqurma və İnkişaf Bankının 2013-2014-cü illərdə fəaliyyəti, Qırğız və Mərakeş parlamentlərinin qurumun demokratiya üzrə tərəfdaşları kimi fəaliyyətlərinin dəyərləndirilməsi, Belarusda cari durum, millətçilik, ksenofobiya təzahürləri ilə mübarizə və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər sentyabrın 7-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU