AŞPA-NIN KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
05 sentyabr 2014 | 05:09   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova  Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 7-də Parisə yola düşəcək.
Tədbirdə “Bərabərlik və böhran” mövzusunda məruzə dinləniləcək, Avro-Aralıq Dənizi bölgəsində qadın hüquqlarının vəziyyəti və perspektivlər, İstanbul Konvensiyasının qüvvəyə minməsi, qadınlara qarşı zorakılıqla mübarizədə müsbət təcrübələrin təşviqi və digər mövzularda müzakirələr aparılacaqdır.
İclasda bir sıra təşkilati məsələlərə də baxılacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU