BEYNƏLXALQ KONFRANSDA

XƏBƏRLƏR
05 sentyabr 2014 | 06:09   
Paylaşın:        

Milli Məclisin deputatı Məlahət İbrahimqızı sentyabrın 8-dən Belçikanın Brüssel və Fransanın Paris şəhərlərində səfərdə olacaq.
Millət vəkili Qadın haqları üzrə beynəlxalq liqa tərəfindən keçiriləcək konfransda iştirak edəcək. Tədbirdə Avropada  qadınların hüquq də azadlıqlarının təmin edilməsi və qorunması, bu məsələnin qanunvericilikdə əks olunması ilə bağlı müzakirələr aparılacaq.
Deputatımız öz çıxışında Azərbaycanda qadınların vəziyyətindən, onlara göstərilən qayğıdan, qadınların dövlət idarəçiliyində fəal iştirakından, habelə ölkəmizdə qadın haqlarının təmin edilməsi istiqamətində hüquqi bazanın yaradılması barədə söhbət açacaq.
Səfər sentyabrın 12-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU