AŞPA KOMİTƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ İTALİYADA KONFRANS KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
15 sentyabr 2014 | 04:09   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament  Assambleyası Bərabərlik və qeyri-diskriminasiya komitəsi ilə İtaliya  Xarici  İşlər  Nazirliyinin  birgə  təşkil  etdiyi  konfransda  iştirak  etmək üçün sentyabrın 16-dan 20-dək İtaliyada  səfərdə  olacaq.
Roma  şəhərində  keçiriləcək  toplantıda Avropada  insan  alveri ilə  mübarizə üsulları, Qadınlara qarşı zorakılıqla  mübarizəyə  dair  İstanbul  Konvensiyasının bir  meyar  kimi  qəbul  edilməsi, qadın  hüquqları ilə bağlı maarifləndirmə işinin  gücləndirilməsi və xüsusi  mexanizmlərin  yaradılması barədə fikir  mübadiləsi  aparılacaq.
Deputatımız müzakirələrdə fəal iştirak edəcək, öz fikirlərini bölüşəcək.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU