BEYNƏLXALQ KONQRESDƏ

XƏBƏRLƏR
23 sentyabr 2014 | 10:09   
Paylaşın:        

Milli Məclisin deputatları Rüfət Quliyev və Fəzail Ağamalı “Həyatın təhlükəsizliyi naminə yollarda təhlükəsizlik” mövzusunda V beynəlxalq konqresdə iştirak etmək üçün sentyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Tədbir MDB Parlamentlərarası Assambleyasının, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının və ölkənin Daxili İşlər Nazirliyinin  birgə təşkilatçılığı ilə həyata keçirilir.
Konqresdə yollarda gənc nəslin təhlükəsizliyinin təmin olunması, gənclər arasında yol nəqliyyat xəsarətləri ilə bağlı problemlərin həlli  məsələləri müzakirə olunacaq. Tədbir çərçivəsində beynəlxalq hüquqi sənədlər əsasında yol hərəkəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi,  yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin prioritetləri və digər mövzularda dəyirmi masalar keçiriləcək.
Səfər sentyabrın 28-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU