QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
26 sentyabr 2014 | 04:09   
Paylaşın:        

Sentyabrın 29-da Gürcüstanın Batumi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin Hüquqi və siyasi məsələlər komitəsi ilə birgə iclası keçiriləcəkdir. Tədbirdə Milli Məclisin deputatları Asəf Hacıyev  və  Musa Quliyev iştirak edəcəklər.
İclasda Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrin parlamentlərinin Qara Dəniz regionunda beynəlxalq sərnişin və yük daşımalarının inkişafında və tənzimlənməsində rolu, həmçinin quruma üzv ölkələrdə kiçik sahibkarlığın inkişafının qanunvericilik dəstəyinin təmin edilməsində parlamentlərin rolu mövzularında fikir mübadiləsi aparılacaqdır.
Deputatlarımız müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.


Milli Məclisin
Mətbuat xidməti 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU