AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI KOMİTƏLƏRİNİN İCLASLARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
09 mart 2012 | 06:03   
Paylaşın:        

Martın 9-dan 14-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin, Monitorinq, Siyasi işlər və demokratiya, həmçinin Hüquqi işlər və insan haqları komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov və Sabir Hacıyev daxildirlər.
İclaslarda Avropa Şurası və Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı, milli azlıqların insan hüquqları, Qazaxıstanda keçirilmiş erkən parlament seçkilərinin nəticələri, Rusiyanın AŞ qarşısındakı öhdəliklərini yerinə yetirməsinin vəziyyəti, Azərbaycana, Ermənistana, Macarıstana, Bosniya və Herseqovinaya, Moldovaya fakt araşdırıcı missiyaların səfərlərinə dair hesabatlar, Avropada demokratiya böhranı, fəal vətəndaşlıq institutunun inkişafı, dini icmalara qarşı qanun pozuntuları,   Suriyada vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Tədbirlərdə Milli Məclisin deputatları çıxış edəcək, müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU