DEPUTATLARIMIZ QAZAXISTANDA SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
29 sentyabr 2014 | 06:09   
Paylaşın:        

Milli Məclisin deputatları Rüfət Quliyev və İqbal Məmmədov MDB PA-nın xətti ilə  müşahidəçi qismində parlament seçkilərinin gedişini izləmək üçün sentyabrın 30-dan oktyabrın 2-dək Qazaxıstanın Almatı şəhərində səfərdə olacaqlar.
Deputatlarımız Qazaxıstan Parlamenti Senatına keçiriləcək seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, oktyabrın 1-də ölkənin müxtəlif seçki dairələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların  hüquqlarının təmin olunmasına, demokratik seçki qaydalarına riayət edilməsinə diqqət yetirəcəklər.

 
Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU