AVROPA HEMOFİLİYA KONSORSİUMUNUN TƏDBİRLƏRİ KEÇİRİLƏCƏKDİR

XƏBƏRLƏR
03 oktyabr 2014 | 01:10   
Paylaşın:        

Oktyabrın 3-dən 5-dək Şimali İrlandiyanın Belfast şəhərində Avropa Hemofiliya Konsorsiumunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcəkdir. Tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli iştirak edəcəkdir.
Avropanın 44 ölkəsində fəaliyyət göstərən milli təşkilatları özündə birləşdirən bu qurumun məqsədi hemofiliyalı və digər qanın irsi laxtalanma pozuntuları olan insanlarda xəstəliyin yüngülləşdirilməsi və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Tədbir çərçivəsində Avropa Hemofiliya Konsorsiumunun Baş Assambleyasının iclasının keçirilməsi də nəzərdə tutulmuşdur.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU