İSPANİYA - AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUQ QRUPUNUN RƏHBƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
02 oktyabr 2014 | 05:10   
Paylaşın:        

Oktyabrın 2-də Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəzail Ağamalı İspaniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Xose Maria Çikio ilə görüşdü.
Qonağı  səmimi  salamlayan Fəzail Ağamalı onun cari ilin fevral ayında Azərbaycan parlamentində olduğunu, həmin vaxt keçirilən  görüşləri xatırladı. Bildirildi ki, belə  qarşılıqlı səfərlərin  intensivləşməsi gələcək əlaqələrin inkişafında  önəmli  rol oynayır.   Millət  vəkili Azərbaycan parlament nümayəndə heyətinin  də  yaxın zamanda  dost  ölkəyə  səfərinin  reallaşaçağına  ümidvar  olduğunu  qeyd  etdi.  Sonra o, qonağa  Azərbaycan  parlamentində  qəbul  edilən  yeni  qanun layihələri, ölkədə həyata  keçirilən  iqtisadi islahatlar  barədə məlumat verdi.
Yüksək qonaqpərvərlik üçün təşəkkürünü bildirən İspaniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Xose Maria Çikio Bakıya Dördüncü Beynəlxalq Humanitar Forumda iştirak etmək  üçün   gəldiyini  söylədi.  Qonaq  dedi: “Azərbaycanı yenidən görmək və buradakı dostlarımla görüşmək mənə çox  xoş  təsir  bağışladı.  Bura mənim üçün qardaşlıq  diyarıdır.  Bakıda özümü qətiyyən yad yerdə hiss etmirəm. Azərbaycanda artıq İspaniya səfirliyi açılıb. Bu hadisə ölkələrarası əlaqələrin inkişafına böyük töhfə olacaq.” O, sonra Forumun işindən danışaraq bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış  edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verdi. Həqiqətən də bu problem Azərbaycan xalqının böyük ağrısıdır. Həm İspaniya hökuməti, həm də parlamenti bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Ümid edirəm ki, bu problem tezliklə ədalətli həllini tapacaq və bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvasına qayıdacaq. Çalışmaq lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı qəbul etdikləri qətnamələr kağız üzərində qalmasın.
Görüşdə  Azərbaycan-İspaniya  əlaqələrinin inkişaf  perspektivləri barədə geniş fikir  mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU