AZƏRBAYCAN-MEKSİKA ƏLAQƏLƏRİNİN İNKİŞAFI ÖNƏMLİDİR

XƏBƏRLƏR
03 oktyabr 2014 | 01:10   
Paylaşın:        
Oktyabrın 3-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri xanım Qabriela Kuevas Barron ilə görüşdü.
Valeh Ələsgərov IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olan meksikalı deputatı Milli Məclisdə salamlamaqdan məmnunluq duyduğunu bildirdi. Azərbaycanın Meksika ilə hər sahədə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini vurğuladı. Qeyd etdi ki, məsafə etibarilə uzaq olan ölkələrimizin ən müxtəlif sahələrdə əməkdaşlıq etməsi üçün böyük imkanlar var. Vitse-spiker gələcəkdə həmin imkanlardan səmərəli istifadə olunacağına ümid ifadə etdi.

Görüşdə Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron IV Bakı Beynəlxalq Humanitar Forumu ilə əlaqədar xoş təəssüratlarını bölüşdü. Tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı çıxışını çox bəyəndiyini bildirdi. Tədbirdə iştirak edən 60-dan çox ölkənin nümayəndələri arasında özünün də çıxış etdiyini, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşdüyünü söylədi.
Söhbət zamanı ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
 Mətbuat xidməti
   

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU