KƏRİMOV Əli Əmirhüseyn oğlu
1965-ci il sentyabrın 25-də Saatlı rayonunun Azadkend kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin birinci müavinidir.
1995-ci il noyabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvüdür.
Evlidir, 1 övladı var
Party association: Public Front Party of Azerbaijan