ƏLİYEV Qulamhüseyn Surxay oğlu
1958-ci il oktyabrın 8-də Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədridir. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının
siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Avropa Şurasının Parlament `Assambleyasında` Milli Məclisin daimi nümayəndə heyətinin üzvüdür.
Evlidir, 4 övladı var
Party association: Public Front Party of Azerbaijan