ƏLİYEV Cəlal Əlirza oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 81 saylı Saatlı
1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının xarici üzvü, Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. Biologiya elmləri doktoru, professor, respublikanın əməkdar elm xadimidir. “İstiqlal ordeni ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci il noyabrın 5-də 81 saylı Saatlı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 1 övladı var.
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.