İSAYEV İbrahim Mirzə oğlu
Constituency: 88 saylı Tovuz kənd –Gədəbəy
1937-ci il noyabrın 7-də Tovuz rayonunun .Əlimərdanlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. Tibb elmləri doktoru, professordur, Respublikanın əməkdar elm xadimidir. Beynəlxalq Patoloqoanatomlar Assosiasiyası İdarə Heyətinin üzvüdür. Rus və alman dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
2000-ci il noyabrın 5-də 88 saylı Tovuz kənd - Gədəbəy seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür.
Evlidir, 3 övladı var.
Party association: New Azerbaijan Party