ƏLİYEV Yaşar Tofiqi
Constituency: 91 saylı Xanlar-Daşkəsən
1948-ci il iyulun 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Beynəlxalq Kadr Akademiyasının fəxri doktorudur. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
1994-cü ilin oktyabr ayından Azərbaycan Respublikası parlamenti sədrinin müavini olmuş, birinci çağırış Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini vəzifəsində çalışmışdır. 2000-ci il noyabrın 5-də 91 saylı Xanlar-Daşkəsən seçki dairəsindən
deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi sədrinin müavinidir.
Evlidir, 2 övladı var.
Party association: New Azerbaijan Party