MÖHBALIYEV Səttar Suliddin oğlu
Constituency: 3 saylı Babək-Kəngərli seçki dairəsi
1955-ci il oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 5 kitabın müəllifidir. Rus dilini bilir.
1973-cü ildən Bakı şəhərində dəmir-beton məmulatı zavodunda qəlibçi işləmişdir. 1976–1980-ci illərdə Bakı İstehsalat Tikiş Birliyində fəhlə, əmtəəşünas, mühəndis-iqtisadçı, baş mühasibin müavini, 1980–1993-cü illərdə Avtonəqliyyat və Şose Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müfəttiş-təlimatçısı, şöbə müdiri, sədri vəzifələrində çalışmışdır. 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir.
Bitərəfdir.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Azərbaycan–Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan– Fransa, Azərbaycan–Moldova parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.
Party association: Independent