MƏHƏRRƏMOV Abel Məmmədəli oğlu
Constituency: 16 saylı Yasamal ikinci seçki dairəsi
1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Kimya
elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Yusif Məmmədəliyev mükafatı laureatıdır. Rumıniya Respublikasının ali dərəcəli «Komandor» ordeni, İqtisadi Əməkdaşlıq Təşkilatının qızıl medalı ilə təltif edilmişdir. Rumıniya Respublikasının Ovidius Universitetinin və Türkiyə Respublikasının Kırıkkale
Universitetinin fəxri doktorudur. 50-dək monoqrafiyanın, dərsliyin və dərs vəsaitinin, 700-dək elmi məqalənin müəllifidir. 37 ixtirası
vardır. 30-dək kimya elmləri namizədi və doktoru hazırlamışdır. 1971-ci ildən Ümumittifaq Olefinlər Elmi Tədqiqat İnstitutunda operator, mühəndis işləmişdir. 1976-cı ildən Azərbaycan Dövlət Universitetində baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışmışdır. 1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olmuşdur. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektorudur. 2002–2004-cü illərdə
Qara dəniz universitetlər şəbəkəsinin prezidenti olmuşdur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin
üzvüdür. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İspaniya, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Party association: New Azerbaijan Party