QULİYEV Ülvi Zahid oğlu
Constituency: 21 saylı Nəsimi birinci seçki dairəsi
1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini və Bakı
Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Əməkdar məşqçi, əməkdar idman ustasıdır. Karate idman növü üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir.
Rus və ingilis dillərini bilir.
1988-ci ildən aptekdə provizor, baş provizor, aptek müdiri işləmişdir. 2002-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə «Gömrükçü» İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Meksika parlamentlərarasıəlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Ukrayna, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrəişçi qruplarının üzvüdür.Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin və
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Party association: Independent