ABDULLAYEV Rövnəq İbrahim oğlu
Constituency: 24 saylı Nizami birinci seçki dairəsi
1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olmuşdur. Moskva İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirmişdir. Rus dilini bilir. 1989-cu ildən «Neft Daşları» NQÇİ-də, «28 May» NQÇİ-də, «Xəzərdənizneftqaztikinti» Trestinin tikinti-quraşdırma idarəsində mühəndis, şöbə rəisi, baş mühəndis işləmişdir. 1997-ci ildən «Xəzərdənizneftqaztikinti
» Trestinin müdiri, 2003-cü ildən Heydər Əliyev adına Bakı neft emalı zavodunun direktoru vəzifələrində çalışmışdır. 2005-ci
ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Party association: New Azerbaijan Party