ZEYNALOV Fərrux Məmmədnəbi oğlu
Constituency: 27 saylı Sabunçu ikinci seçki dairəsi
1942-ci il mayın 4-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Əməkdar kommunal və əhaliyə məişət xidməti işçisidir. 1 kitabın müəllifidir. Rus dilini bilir.
1959-cu ildən fərdi tikiş fabrikində fəhlə, dərzi köməkçisi, dərzi, biçici, istehsalat rəisi, 1975–1983-cü illərdə fabrikin direktoru işləmişdir. 1983–1987-ci illərdə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi, 1987–1992-ci illərdə Bakı Trikotaj İstehsalat Birliyinin, «Azəryüngülyeyintisənaye » Birliyinin, «Azərtoxucutəchizatsatış» firmasının baş direktoru olmuşdur. 1992–1997-ci illərdə Azərbaycan Respublikasının material ehtiyatları naziri, 1999–2005-ci illərdə «Güvən» şirkətinin baş direktoru vəzifələrində çalışmışdır. Bitərəfdir.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belçika, Azərbaycan-İraq, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və Büdcəyə nəzarət komissiyası sədrinin müavinidir.
Evlidir, 3 övladı var
Party association: Independent