VƏLİYEV Əhməd Abdulkərim oğlu
Constituency: 31 saylı Siraxanı ikinci seçki dairəsi
1946-cı il noyabrın 29-da Qazax rayonunun Alpoud kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Nyu-York Elmlər Akademiyasının üzvü, Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. 15-dən çox monoqrafiya və dərsliyin, 50-dən çox elmi məqalənin müəllifidir. Rus dilini bilir. 1966-cı ildən Bakı soyuducular zavodunda fəhlə, mühəndis, böyük mühəndis işləmişdir. 1970-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, laboratoriya müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1990-cı ildən Bakı Sənaye-Pedaqoji Texnikumunun direktoru olmuşdur. 1995-ci ildən «Odlar Yurdu» Universitetinin yaradıcısı və təsisçisi, 1997-ci ildən isə həmin universitetin rektorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Çexiya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Litva, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.
Party association: New Azerbaijan Party