NƏSİBLİ Nəsib Loğman oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 34 saylı Xətai ikinci seçki dairəsi
1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktorudur. 5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rus və fransız dillərini bilir. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləmişdir. 1992–1994-cü illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri olmuşdur. 1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universitetində professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-ın Çikaqo və Con Hopkins universitetlərində işləmişdir. Müsavat Partiyasının üzvüdür. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Byük Britaniya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Party association: MP-nin üzvü

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.