ABBASOV Aydın Abbas oğlu
Constituency: 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi
1976-cı il avqustun 26-da Gəncə şəhərində anadan olmuşdur. Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1998–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində Qazın satışı və marketinqi şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İndoneziya, Azərbaycan-Küveyt, Azərbaycan-Latviya, Azərbaycan-Lüksemburq, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var.
Party association: Independent