İSRAFİL İkram İsrail oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 41 saylı Sumqayıt birinci seçki dairəsi
1964-cü il yanvarın 16-da Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. Rus dilini bilir. 1984-cü ildən M.Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləmişdir. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, «Azadlıq» kiçik müəssisəsinin sex rəisi, «Xəzər» Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən «Qalayçı» firmasının direktoru vəzifələrində çalışmışdır. 1996–2002-ci illərdə Sumqayıt şəhərində orta məktəbdə direktor müavini olmuşdur. Müsavat Partiyasının üzvüdür. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var
Party association: MP-nin üzvü

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.