İSGƏNDƏROV Nizami Zaman oğlu
Constituency: 43 saylı Sumqayıt ücüncü seçki dairəsi
1965-ci il noyabrın 6-da Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika və hüquq fakültələrini bitirmişdir. Rus dilini bilir. 1986-cı ildən «Azərcihazelektrik» İdarəsində mühəndis işləmişdir. 1989-cu ildən Binəqədi Rayon İcraiyyə Komitəsində İnzibati komissiyanın katibi, şöbə müfəttişi olmuşdur. 1992-ci ildən Binəqədi Rayon İcra Hakimiyyətində şöbə müdiri, Bakı kimya əczaçılıq zavodunda şöbə rəisi, Sumqayıt şəhərində univermağın baş administratoru, 1998–2005-ci illərdə
«Sumqayıt Ticarət Mərkəzi» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Çernoqoriya, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan, Azərbaycan-Rumıniya, Azərbaycan- Sloveniya, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var
Party association: New Azerbaijan Party