TAĞIYEV Baba Əli oğlu
Constituency: 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi
1961-ci il iyulun 18-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Muğanlı kəndində anadan olmuşdur. Xarkov Kənd Təsərrüfatı İnstitutunun bitki mühafizəsi fakültəsini bitirmişdir. Rus və fransız dillərini bilir. 1985-ci ildən Abşeron rayonunda bioloji laboratoriyanın aqronomu, baş aqronomu, direktor müavini olmuşdur. 1990-cı ildən Respublika Mərkəzi Laboratoriyasının direktor müavini, baş direktoru vəzifələrində çalışmışdır. 1989-cu ildə özəl sahibkarlıq fəaliyyətinə başlamışdır. 1999-cu ildən «Tağıyev» şirkətlər qrupunun qurucusu və təsisçisidir. Bitərəfdir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Fransa, Azərbaycan-Lüksemburq, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var
Party association: Independent