MƏMMƏDOV İlham Kazım oğlu
Constituency: 48 saylı Yevlax seçki dairəsi
1962-ci il yanvarın 13-də Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsini bitirmişdir. Rus dilini bilir. 1986-cı ildən Yevlax Şəhər Mərkəzi Xəstəxanasında sahə həkimi, həkim-endoskopist, şöbə müdiri, həkim-qastroenteroloq, 2001-ci ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında böyük həkim vəzifələrində çalışmışdır. 2004-cü ildən Yevlax Şəhər Mərkəzi Xəstəxanasının baş həkimidir. Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədridir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstraliya, Azərbaycan-Cənubi Afrika Respublikası, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveç, Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var.
Party association: New Azerbaijan Party