GÜNƏŞOV Xəlilbəy Günəş oğlu
Constituency: 51 saylı Qusar seçki dairəsi
1957-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun tikinti məmulatı və konstruksiyalarının istehsalı fakültəsini bitirmişdir. Rus dilini bilir. 1979-cu ildən Rostov Mədən-Tikinti İdarəsinin Şaxtinsk tikinti
materialları zavodunda usta işləmişdir. 1982-ci ildən Bakı Şəhər İcraiyyə Komitəsi Əsaslı Tikinti İdarəsinin mühəndisi, şöbə rəisi, Müəssisədənkənar Ekspertiza İdarəsinin şöbə rəisi, rəisi olmuşdur. 1992-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti İdarəsinin rəisi, Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin sədri, 2004–2005-ci illərdə Bakı Tikinti və Şəhərin İnkişafı Şirkətinin direktoru vəzifələrində çalışmışdır. Bitərəfdir.
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir.
Party association: Independent