SÜLEYMANOV Tahir Süleyman oğlu
Constituency: 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsi
1948-ci il sentyabrın 24-də Dəvəçi rayonunun Sumaqova-Qazma kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun taxıl məhsullarının saxlanması fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev
və «Qızıl buta» mükafatlarına layiq görülmüşdür. Rus dilini bilir. 1968-ci ildən Dəvəçidə mağazada satıcı, müdir, 1981-ci ildən
«Azərittifaq»ın Dəvəçi tədarük kontorunun direktoru işləmişdir. 1982-ci ildən Pirəbədil xalça fabrikinin iqtisadçısı, direktoru, 1984-cü ildən Xaçmaz Taxıl Məhsulları Kombinatı Dəvəçi filialının anbardarı, Siyəzən şəhərində çörəkbişirmə sexinin ustası, Dəvəçidə mexanikləşdirilmiş çörəkxananın direktoru vəzifələrində çalışmışdır. 1994–2000-ci illərdə Dəvəçi Taxıl Məhsulları Kombinatının direktoru olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İsrail, Azərbaycan- Qazaxıstan, Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Party association: New Azerbaijan Party