ABBASOVA Lalə Gülbala qızı
Constituency: 55 saylı Xaçmaz şəhər seçki dairəsi
1955-ci il iyunun 9-da Xaçmaz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. «Qadın və tərəqqi» ictimai birliyinin sədridir. Həsən bəy Zərdabi mükafatı laureatıdır. 4 ensiklopedik toplunun və 1 bədii kitabın müəllifidir. 12 mahnı bəstələmişdir. Rus dilini bilir.
1972-ci ildən Xaçmaz şəhərində uşaq bağçasında musiqi müəllimi işləmişdir. 1977-ci ildən «Vışka» qəzetinin korrektoru, baş redaktor müavini, 1998-ci ildən «Vaş dom» jurnalının redaktoru vəzifələrində çalışmışdır. 2000–2005-ci illərdə «Mir jenhin» qəzetinin baş redaktoru olmuşdur. Hazırda həmin qəzetin təsisçisidir. Bitərəfdir.
Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Albaniya, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Cənubi Afrika Respublikası, Azərbaycan-İspaniya, Azərbaycan- İsrail, Azərbaycan-Özbəkistan,
Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
3 övladı var.
Party association: Independent