XƏLİLOV Rüstəm Gülabba oğlu
Constituency: 64 saylı Sabirabad ikinci seçki dairəsi
1958-ci il iyunun 1-də Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Rus dilini bilir.
1980-ci ildən Sabirabad rayonunda kənd təsərrüfatı idarəsində aqronom, 1983-cü ildən rayon Komsomol Komitəsinin katibi, ikinci katibi, birinci katibi, 1989-cu ildən Sabirabad Rayon Partiya Komitəsinin Təşkilat və kadr işi şöbəsinin müdiri işləmişdir. 1991-ci ildən G. Xəlilov adına kolxozun idarə heyətinin sədri, 2000-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara gömrük keçid məntəqəsi rəisinin müavini vəzifələrində çalışmış, 2002–2005-ci illərdə fərdi təsərrüfatçılıqla məşğul olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvüdür. Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belarus, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Macarıstan, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var
Party association: New Azerbaijan Party