ƏHMƏDOV Gülhüseyn Əliəhməd oğlu
Constituency: 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi
1955-ci il iyunun 20-də Saatlı rayonunun Qaracalar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Biologiya elmləri namizədidir. 15 elmi əsərin müəllifidir. Rus dilini bilir.
1977-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, analitik, baş elmi işçi
olmuşdur. 1989-cu ildən Abşeron Rayon Məmmədli Tərəvəzçilik-Südçülük Aqrar İstehsalat Birliyinin baş aqronomu, Abşeron Rayon Aqrar-Sənaye Kombinatının aparıcı aqronomu, 1992-ci ildən «Qaracalar» kiçik müəssisəsi direktorunun müavini vəzifələrində çalışmışdır. 1993–2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstraliya, Azərbaycan-Bosniya və Herseqovina, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var.
Party association: New Azerbaijan Party