QULİYEV Rüfət Atakişi oğlu
Constituency: 73 saylı Lənkəran şəhər seçki dairəsi
1963-cü il mayın 6-da Bakı şəhərində anadan olmuşdur. Kiyev Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Himayəçilər Şurasının, Azərbaycan-Türkiyə İş Adamları Birliyi Məsləhət Şurasının üzvü, Azərbaycan-Türkiyə Biznes Şurasının həmsədridir. 115 elmi əsərin və məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1986-cı ildən Azərbaycan Politexnik İnstitutunda baş laborant, müəllim, baş müəllim, 1997-ci ildən Azərbaycan Texniki Universitetində dosent vəzifələrində çalışmışdır. 1999-cu ildən «European Tobacco-Baku» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədridir. Bitərəfdir.
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Danimarka, Azərbaycan-Hindistan, Azərbaycan-İtaliya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Party association: Independent