PAŞAZADƏ Cavanşir Hümmət oğlu
Constituency: 75 saylı Lənkəran – Masallı seçki dairəsi
1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirmişdir. Rus, fars, özbək və tacik dillərini bilir.
1977-ci ildən Lənkəran Su Tikinti İdarəsində texnik, mühəndis, suvarma istehsalatında sahə ustası, sahə rəisi, tikinti trestində əmtəəşünas, usta işləmişdir. 1986-cı ildən Lənkəran Texniki Materiallar Bazasında mühəndis, neft məhsulları bazasında operator, paylayıcı briqadir, direktor müavini olmuşdur. 1992-ci ildən Lənkəran 3 saylı çay fabrikinin direktoru, 1998–2005-ci illərdə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Azərbaycan-Suriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İraq, Azərbaycan-İtaliya, Azərbaycan-Pakistan, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.
Party association: New Azerbaijan Party