ƏLİYEV Vasif İzzət oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 77 saylı Astara seçki dairəsi
1941-ci il sentyabrın 21-də Astara şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz mədənlərinin maşın və avadanlığı fakültəsini bitirmişdir. Texnika elmləri doktorudur. Əməkdar mühəndisdir. 1 monoqrafiyanın, 3 kitabın və 36 məqalənin müəllifidir. 7 ixtirası və 3 patenti vardır. Rus və ingilis dillərini bilir. 1963-cü ildən Neft Mədənləri İdarəsində çilingər, mexanik, qaz-kompressor stansiyasının rəisi, qaz-kompressor sexi rəisinin müavini, baş mühəndis, 1973-cü ildən «Qaradağneft» NQÇİ-də sex rəisi, «Azərqaznəqliyyat» İstehsalat Birliyində mexanikləşdirilmiş səyyar dəstənin rəisi,1977-ci ildən Azərbaycan qaz emalı zavodunda blok üzrə mühəndis-mexanik, 1978-ci ildən «Neft Daşları» NQÇİ-də qaz-kompressor sexi rəisinin müavini işləmişdir. 1980-ci ildən Xəzərdənizneftqazsənaye» İstehsalat Birliyinin böyük mühəndisi, şöbə rəisi vəzifələrində çalışmışdır. 2000–2005-ci illərdə ARDNŞ-nin Neftin və qazın strateji problemlərinin koordinasiyası departamentinin rəisi olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belarus, Azərbaycan-İraq, Azərbaycan-Makedoniya, Azərbaycan-Suriya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.