MURADOVA Bahar Əvəz qızı
Constituency: 84 saylı Füzuli seçki dairəsi
2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir. 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olmuşdur. Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Azərbaycan Universitetinin hüquq fakültəsini bitirmişdir. İngilis və rus dillərini bilir.
1981-ci ildən Bakıda tikiş fabrikində tikişçi-nəzarətçi, 1989-cu ildən Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-ci ildən «Qayğı» Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləmişdir. 1993-cü ildən Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışmışdır. 2000-ci ildən YAP-ın icra katibinin müavinidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Evlidir, 1 övladı va
Party association: New Azerbaijan Party