ASLANOV Novruzəli Davud oğlu
Constituency: 86 saylı İsmayıllı seçki dairəsi
1963-cü il martın 22-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun avtomatika və elektron-hesablayıcı texnika fakültəsini bitirmişdir. Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. 6 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür.
1985-ci ildən Bakı elektron-hesablayıcı maşınlar zavodunda mühəndis-konstruktor, böyük mühəndis, şöbə müdiri, direktor müavini işləmişdir. 1991-ci ildən «Azərağackağız» İdarəsinin rəis müavini, rəisi, «Azərağackağız » Səhmdar Cəmiyyətinin sədri, prezidenti vəzifələrində çalışmışdır. 1999–2003-cü illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri olmuşdur. 2003-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
Bitərəfdir.
Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Çernoqoriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri, Azərbaycan-Albaniya, Azərbaycan-Danimarka, Azərbaycan-Kuba, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var.
Party association: Independent