HACIYEV Sabir Kamal oğlu
Constituency: 88 saylı Göyçay seçki dairəsi
1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1977-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin VVAQ idarəsində məsləhətçi, baş məsləhətçi, Qanunların sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması idarəsində baş məsləhətçi, rəis müavini işləmişdir. 1988-ci ildən respublika Prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatı Dövlət-hüquq şöbəsinin müdiri, hüquq siyasəti üzrə Azərbaycan Respublikasının
dövlət müşaviri olmuşdur. Vətəndaş Birliyi Partiyasının sədridir.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Avstriya, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Çernoqoriya,
Azərbaycan-Fransa, Azərbaycan-Lüksemburq, Azərbaycan-Makedoniya, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin üzvüdür.
2 övladı var.
Party association: Civic Unity Party