MƏMMƏDOV Elton Arzuman oğlu
Constituency: 91 saylı Ucar seçki dairəsi
1954-cü il dekabrın 18-də Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuşdur. Tomsk İnşaat Mühəndisləri İnstitutunun avtomobillər və avtomobil təsərrüfatı fakültəsini bitirmişdir. Texnika elmləri namizədidir. Azərbaycan Texniki Universitetinin professorudur. Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professorudur. Tomsk şəhərinin fəxri vətəndaşıdır. MDB-nin «Sodrujestvo» ordeni ilə təltif edilmişdir. 6 elmi əsərin müəllifidir. 2 ixtirası vardır. Rus dilini bilir.
1978-ci ildən «Azərətbalıq» sənaye birliyində maşinist işləmişdir. 1979-cu ildən «Tomlessurs» birliyində maşinist, Tomsk idman və tamaşa kompleksinin xidmət rəisi, baş mühəndisi və direktoru olmuşdur. 1989-cu ildən Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyinin avtomobillərin təmiri zavodunda mühəndis, «Bakavtobusservis» birgə müəssisəsinin direktoru işləmişdir. 1992-ci ildən «Auditor» elm-istehsal firmasının direktoru, «Simvol» firmasının direktoru, 1997-ci ildən «Azərnəqliyyat» Dövlət Konserninin avtonəqliyyat müəssisəsinin direktoru, «Baktrans» Səhmdar Cəmiyyətinin sədri, 1998–2000-ci illərdə «Azərtrans» nəqliyyat
ekspeditor şirkəti baş direktorunun müavini vəzifələrində çalışmışdır.
Bitərəfdir.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası sədrinin müavinidir. Azərbaycan-İsveçrə, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Misir, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Aqrar siyasət, ekologiya və energetika komitəsi sədrinin müavinidir.
Evlidir, 2 övladı var.
Party association: Independent