ƏLİYEVA Jalə Fazil qızı
Constituency: 92 saylı Zərdab - Ucar seçki dairəsi
1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini qırmızı diplomla bitirmiş, daha sonra həmin universitetin hüquq fakültəsində təhsil almışdır. Filologiya elmləri doktorudur. Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. 2 monoqrafiyanın və 30-dan çox elmi məqalənin müəllifidir. Rus və ərəb dillərini bilir.
1988-ci ildən Azərbaycan Mədəniyyət Fondunda müfəttiş işləmişdir. 1992–2005-ci illərdə Türkiyə Respublikasının Azərbaycan
Respublikasındakı səfirliyində tərcüməçi vəzifəsində çalışmışdır. 1996-cı ildən Bakı Dövlət Universitetinin müəllimi olmuşdur. Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. Bitərəfdir.
Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Liviya, Azərbaycan-Slovakiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
1 övladı var.
Party association: Independent