HACIBƏYLİ Gültəkin Yunis qızı
Constituency: 96 saylı Goranboy - Naftalan seçki dairəsi
1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin şərqşünaslıq və hüquq fakültələrini fərqlənmə diplomu ilə bitirmişdir. 40-dək elmi məqalə və tezisin müəllifidir. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir.
1996–2002-ci illərdə Qərb Universitetinin İngilis dili və Hüquq kafedralarında müəllim işləmişdir. 1995–1997-ci illərdə Bakı Dövlət
Universitetinin Ərəb filologiyası kafedrasının müəllimi olmuşdur. 2002-ci ildən BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimidir. Bitərəfdir.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavinidir. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə
işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
1 övladı var.
Party association: Independent