HƏSƏNQULİYEV Qüdrət Müzəffər oğlu
Constituency: 97 saylı Goranboy Ağdam-Tərtər seçki dairəsi
1965-ci il yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1992-ci ildən Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, 1993-cü ildə Azərbaycan Respublikası Dövlət katibinin köməkçisi işləmişdir. 1996-cı ildən Bakı Asiya Universitetinin baş müəllimi, 2000–2003-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışmışdır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri
daimi komissiyasının üzvüdür. Azərbaycan-Belçika parlamentlərarası
əlaqələr
üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-
Moldova parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin üzvüdür.
Evlidir, 2 övladı var
Party association: The Party of Justice, Law and Democracy