RZAYEV Rövşən Şükür oğlu
Constituency: 101 saylı Xanlar - Daşkəsən seçki dairəsi
1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 4 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1982-ci ildən Bakı şəhərinin Oktyabr Rayon Məhkəməsində tərcüməçi, dəftərxana müdiri işləmişdir. 1986-cı ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kadrlar şöbəsinin müfəttişi, Bakı Məişət Kondisionerləri İstehsalat Birliyi Texniki xidmət şöbəsinin kadrlar üzrə baş müfəttişi, 1990-cı ildən Nərimanov Rayon Məhkəməsinin məhkəmə icraçısı vəzifələrində çalışmışdır. 1994–2004-cü illərdə Bakı şəhər 41 saylı Dövlət notariat kontorunun dövlət notariusu olmuşdur.
Bitərəfdir.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavinidir. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və Hüquq siyasəti komitəsinin sədr müavinidir.
Evlidir, 3 övladı var.
Party association: Independent