XƏLİLOV Dünyamin Zakir oğlu
Constituency: 111 saylı Zaqatala - Balakən seçki dairəsi
1961-ci il dekabrın 11-də Tbilisi şəhərində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunun elektromexanika fakültəsini və Azərbaycan Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus, gürcü və ingilis dillərini bilir.
1984-cü ildən «Xəzərdənizneftqazsənaye» Ümumittifaq Sənaye Birliyində mühəndis, mühəndis-sazlayıcı, «Şelfqazavtomatika» İdarəsində mühəndis-sazlayıcı, mühəndis-dispetçer, 1991-ci ildən «İntexsentr» mərkəzində şöbə rəisi, Kinematoqrafçılar İttifaqının «Damla» təşkilatında sərəncamçı menecer, direktor müavini işləmişdir. 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyinin «Vneşekspertservis» şirkətində şöbə rəisi, direktor müavini, 1994-cü ildən «Avant» Məhdud Məsuliyyətli Cəmiyyətinin meneceri, 1997-ci ildən «Nurimpeks» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 1998-ci ildən
«Vneşekspertservis» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş meneceri vəzifələrində çalışmışdır. 2004–2005-ci illərdə «General Construction» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru olmuşdur.
Bitərəfdir.
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-Latviya, Azərbaycan-Mərakeş, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Party association: Independent