SADIQOV Bəxtiyar Yusif oğlu
Constituency: 119 saylı Ağdam kənd seçki dairəsi
1951-ci il yanvarın 10-da Ağdam şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.
Əməkdar jurnalistdir. İki dəfə «Qızıl qələm» mükafatı laureatıdır. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. 3 kitabın
müəllifidir. Rus dilini bilir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür.
1975-ci ildən «Abşeron» qəzetinin korrektoru, müxbiri, şöbə müdiri, redaktor müavini, 1987-ci ildən «Kommunist» qəzetinin baş müxbiri, şöbə müdiri, 1990-cı ildən «Həyat» qəzetinin bölgə müxbiri, 1992-ci ildən «Azərbaycan» qəzetinin müxbiri, şöbə müdiri vəzifələrində çalışmışdır. 2002-ci ildən «Azərbaycan» qəzetinin baş redaktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa,
Azərbaycan-İtaliya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Party association: New Azerbaijan Party