ŞAHVERDİYEV Astan Nuşiravan oğlu
Constituency: 120 saylı Cəbrayil - Qubadlı seçki dairəsi
1947-ci il fevralın 15-də Füzuli şəhərində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini, Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. Texnika elmləri doktoru, professordur. Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. YUNESKO-nun alternativ enerji mənbələri üzrə işçi qrupunun və idarəedici komitəsinin üzvüdür. 10 dərsliyin və monoqrafiyanın, 300-dən çox elmi məqalənin müəllifidir. 2 ixtirası vardır. İngilis və rus dillərini bilir.
1966-cı ildən Azərbaycan Politexnik İnstitutunda laborant, baş laborant, mexanik, laboratoriya müdiri, dosent və professor vəzifələrində çalışmışdır. 2001-ci ildən Azərbaycan Texniki Universitetinin kafedra müdiridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İordaniya, Azərbaycan-Niderland, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Party association: New Azerbaijan Party