MƏMMƏDOVA Həvva İsa qızı
Constituency: 122 saylı Xankəndi seçki dairəsi
1958-ci il mayın 15-də Bərdə rayonunun Xanərəb kəndində anadan olmuşdur. Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Tarix elmləri namizədidir. 6 kitabın və 40 elmi məqalənin müəllifidir. Qarabağın azərbaycanlı icmasının rəhbərlərindən biridir. Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədridir. Rus dilini bilir. 1980–1990-cı illərdə Xankəndi şəhərində orta məktəbdə müəllim işləmişdir. 1993-cü ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş laborant, baş müəllim, metodist vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müəllimidir.
Bitərəfdir.
Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Azərbaycan-Danimarka, Azərbaycan-İsveç, Azərbaycan-Özbəkistan
parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var
Party association: Independent