İSMAYILOV İmamverdi İbiş oğlu
Constituency: 125 saylı Zəngilan - Qubadllı seçki dairəsi
1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. «Qızıl qələm» mükafatı laureatıdır. Bir neçə kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.
1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri, Azərbaycan televiziyasının «Gənclik» baş redaksiyasının baş redaktoru vəzifələrində çalışmışdır. 1990–1992-ci illərdə «Kirpi» jurnalının şöbə müdiri olmuşdur. Hazırda Azərbaycan Respublikası Mətbuat Fondunun sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.
Party association: New Azerbaijan Party