TALIBOV Vasif Yusif oğlu
Constituency: 1 saylı Şərur - Sədərək seçki dairəsi
1960-cı il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aralıq kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir.
1981-ci ildən Şərur rayonunun Dəmirçi kənd orta məktəbində müəllim, 1982-ci ildən Naxçıvan trikotaj paltarları fabrikində kadrlar üzrə təlimatçı, xüsusi şöbənin rəisi işləmişdir. 1991-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədridir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.
Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Evlidir, 3 övladı var
Party association: New Azerbaijan Party